Bakıda açıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Asayis.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
