Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu

 Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu

Tovuz rayonu sakini T.Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Asayis.az-a bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

16:02 - 15 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin