Buna görə 150 manat ödəniləcək

 Buna görə 150 manat ödəniləcək

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək.

Asayis.AZ xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliklə qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat dövlət rüsumu ödəniləcək.

19:31 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin