Zeynəbin axtarışları hələ də davam edir - Video

 Zeynəbin axtarışları hələ də davam edir - Video

İulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

15:38 - 14 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin