Bakıda iki sürücü arasında insident - Qaçmaq istədi, saxladılar

 Bakıda iki sürücü arasında insident - Qaçmaq istədi, saxladılar

"Baku Bus" sürücüsünə hücum edilib.

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Məlumata görə, hadisə Tibb Universitetinin yaxınlığında, 13 nömrəli avtobusun sürücüsü ilə "Honda Insight" markalı avtomobilin sürücüsü arasında baş verib.

Şahidlər iddia edirlər ki, avtomobil hərəkətdə olarkən qəza törədib, nəticədə avtobusa xətər yetirilib. 

Avtobus sürücüsü sükan arxasından düşərək "Honda"nı idarə edən şəxsdən hadisə yerindən uzaqlaşmamağı tələb edib. Nəticədə sürücülər arasında mübahisə yaşanıb.

17:29 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin