ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü

 ADY-də

Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış "SİMA Pay" üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9 mini ötüb.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Məlumata görə, iki aydır istifadədə olan sistem gündəlik turniket keçidlərində sərnişinlər üçün daha sürətli və rahat keçid imkanı yaradır.

"İki aydır ki, Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış "SİMA Pay" üztanıma ödəniş sistemi gündəlik turniket keçidlərində yeni təcrübə yaradır".

17:26 - 13 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin