“Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir

 “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır. Hazırda Samux rayonunun iki kəndində - Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür.

Azəriqaz İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudov Asayis.az-a bildirib ki, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub.

Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.

Ətraflı videomaterialda:

15:14 - 13 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin