Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Gəncədə ağacəkmə kampaniyasında iştirak edib.
Asayis.Az xəbər verir ki, o bu barədə tvitter hesabında yazıb.
“Gəncədə “bp Azerbaijan”ın “Green Heart” layihəsi çərçivəsində ağacəkmə tədbirində iştirakdan məmnun oldum. Bu layihənin çox maraqlı tarixçəsi var. Bal Ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olub və ağaclar məhz arılar üçün əkilib”.