İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu

 İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu

İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən boğularaq ölüb.

Asayis.az Report-a istinadla xəbər verir ki,hadisə rayonun Talıstan kəndində qeydə alınıb.

Belə ki, 5 yaşlı T.Teymurlu kənddə yerləşən evlərin birində hovuzda üzərkən boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

11:28 - 13 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin