Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

 Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.

16:18 - 12 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin