Balakəndə su dolmuş ərazilər təmizlənir - Video

 Balakəndə su dolmuş ərazilər təmizlənir - Video

Balakən rayonunun bəzi yaşayış məntəqələrində intensiv yağan yağışlar səbəbindən su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Asayis.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda işlər FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən həyata keçirilir.

12:50 - 11 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin