Rəqsanənin əri ona bahalı maşın bağışladı - Foto

 Rəqsanənin əri ona bahalı maşın bağışladı - Foto

Müğənni Rəqsanə İsmayılova yeni avtomobili ilə diqqət çəkib. 

Asayis.Az xəbər verir ki, sənətçinin həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov ona qara rəngli lüks maşın bağışlayıb. Daha çox uzun səfərlər üçün nəzərdə tutulan avtomobil "Mercedes Viano" markalıdır.

Salonun dizaynında ağ və tünd qəhvəyi rənglərdən istifadə edilib. İfaçı hazırda klip çəkilişləri ilə bağlı Quba rayonundadır. 

Sənətçinin yeni avtomobilinin görüntülərini jurnalist Yalçın Uğur yayıb. 

12:27 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin