Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir

 Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir

Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.

Bəzi media orqanlarında və sosial şəbəkələrdə paylaşılan Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə əlaqədar araşdırma və rəsmi açıqlama üçün müvafiq quruma müraciət etməyiniz tövsiyə olunur.

15:54 - 8 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin