Ağdamda açıq ərazidə yanğın başladı - Foto

 Ağdamda açıq ərazidə yanğın başladı - Foto

Ağdam rayonunda açıq ərazidə yanğın hadisəsi başlayıb.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Küləkli hava şəraiti ilə əlaqədar yanğın qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın artıq 10 hektardan çox ərazini əhatə edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib, yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

15:30 - 8 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin