Kriminal avtoritet "Toppuş bacı"ya 10 min dollar yardım etdi

 Kriminal avtoritet

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") müalicəsinə kömək məqsədilə azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyev (“Rufo Gəncinski”) 10 min ABŞ dolları göndərib.

Asayis.Az-ın məlumatına görə, bunu tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) bildirib.

O qeyd edib ki, Tünzalə Əliyeva ilə bağlı canlı yayımda edilən paylaşımdan sonra müalicəsi üçün 10 min dollar yardım edilib.

10:40 - 28 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin