2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

 2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.

Asayis.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fərmanında qeyd olunub.

Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

16:30 - 7 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin