Salyanda 34 yaşlı qadın xəstəxanada öldü

 Salyanda 34 yaşlı qadın xəstəxanada öldü

Salyan rayonunda 34 yaşlı qadın ölüb.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.

Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

14:02 - 7 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin