Ata və iki azyaşlı övladı su anbarında batdı

 Ata və iki azyaşlı övladı su anbarında batdı

Ağdamda bədbəxt hadisə baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

16:14 - 4 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin