Sabirabadda avtomobil piyadanı vurub öldürdü

 Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub.

Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

17:32 - 5 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin