Laçın rayonunun bir neçə kəndinə dolu düşüb.
Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 15:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, saat 14:07-14:11 radələrində Laçın rayonunun Şəlvə, Qovuşuq, Vəlibəyli kəndlərinə intensiv yağışla birlikdə diametri 8-10 mm olan dolu düşüb.
