Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video

 Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video

Bakının Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə zamanı minik avtomobili dənizkənarı yolda yerləşən kanalizasiya kollektoruna düşüb. Qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

İlkin məlumata əsasən, hadisə gecə saatlarında baş verib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

15:20 - 4 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin