Coratda 2 nəfər dənizdə batdı, biri qadındı

 Coratda 2 nəfər dənizdə batdı, biri qadındı

Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:20 - 3 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin