Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyunun 1-dən start verilib.
Bu barədə Asayis.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, imtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi ", "Proqram forması", musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.
İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə keçid edərək qeydiyyatdan keçməlidirlər.
