Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...

 Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...

Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün sərfəli fürsət: “Kristal”ın “Yeni Sumqayıt” və “Sahil Park” layihələrində satışlar davam edir. Layihələrdə müxtəlif ölçü və planlara malik mənzillər təqdim olunur ki, bu da alıcılara seçim baxımından geniş imkan yaradır.

“Yeni Sumqayıt” yaşayış kompleksində sahələri 52,08 kv.m-dən 86,16 kv.m-dək olan tam təmirli 2 otaqlı, 3 otaqlı və 3 otaq studiya tipli mənzillər alıcılara təqdim edilir. Layihədə yaxın zamanda təhvil veriləcək mənzillər də satışdadır.

Hazırda 52,08 kv.m sahəsi olan tam təmirli 2 otaqlı mənzilə cəmi 14 900 AZN ilkin ödənişlə sahib olmaq mümkündür. Alıcılar mənzilləri 20 ilədək ipoteka, daxili kredit, eləcə də faizsiz və komissiyasız “Evini hissə-hissə al” kampaniyası vasitəsilə əldə edə bilərlər.

Xəzər dənizinin sahilində yerləşən “Sahil Park” layihəsində isə 65,58 kv.m-dən 155,65 kv.m-dək sahələri əhatə edən 2, 3, 4 otaqlı və 3 otaqlı studiya tipli mənzillər satışdadır. Dəniz mənzərəsi, geniş yaşıllıq sahələri, abad həyət konsepsiyası və müasir infrastrukturu ilə seçilən layihə komfortlu yaşayış mühiti axtaran ailələr və investisiya məqsədilə mənzil almaq istəyənlər üçün cəlbedici seçimdir.

Hər iki yaşayış kompleksi müasir şəhər həyatının tələblərinə uyğun layihələndirilib. Komplekslərdə geniş yaşıllıq və istirahət zonaları, uşaq oyun meydançaları, idman sahələri, həmçinin məktəb, uşaq bağçası, ticarət və iaşə obyektləri nəzərdə tutulub. Ərazilər 24/7 canlı mühafizə və videomüşahidə sistemi ilə qorunur.

Tikintidə yüksək keyfiyyət standartları əsas prioritetdir. Binalarda səs və istilik izolyasiyası, nəfəs alan divar texnologiyası, beton pərdə sistemi, yerdən tavana qədər panoram pəncərələr, yüksək keyfiyyətli laminat döşəmə və uzunömürlü fasad materiallarından istifadə olunur. Bütün bunlar sakinlər üçün təhlükəsiz, komfortlu və uzunömürlü yaşayış mühiti yaradır.

Hər iki layihədə alıcılara sərfəli maliyyələşdirmə imkanları təqdim olunur. Mənzilləri 20 ilədək ipoteka, daxili kredit, eləcə də faizsiz və komissiyasız "Evini hissə-hissə al" kampaniyası ilə əldə etmək mümkündür. Layihələr və mövcud satış şərtləri barədə ətraflı məlumat almaq üçün satış ofislərinə müraciət edə və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Ətraflı məlumat: *1544

Ünvan:

“Yeni Sumqayıt” Sumqayıt şəhəri ,Sülh küçəsi

“Sahil Park” Sumqayıt şəhəri, Dənizkənarı park, Göyərçin heykəlinin yanı.

kristal.az

16:46 - 1 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin