İtkin düşən yeniyetmənin meyiti evlərinin arxasında tapıldı

 İtkin düşən yeniyetmənin meyiti evlərinin arxasında tapıldı

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb.

14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

15:24 - 29 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin