"Bu məsələni gündəmə gətirə bilmirik" - Nazir

"Məktəblilərin nəqliyyat vasitələri ilə təminatı məsələsi yol xəritəmizdə var. Məktəb avtobusu uzaq məsafədən gələn şagirdlər üçün ola bilər".

Asayis.Az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Bakıda olan 330 məktəbin hər birində əlaçı və zəif oxuyan şagirdlər var:

"Valideynlər ən yaxşı məktəb axtarışında olarkən övladını uzaq məsafədə oxutmaq istəyir. Məktəbli avtobuslarının effektiv olması çox şagirdin yaşadığı ərazilərdə təhsil almasından asılıdır. Məktəb və yaşayış ünvanları bir-birinə uyğun gəlmədiyindən bu məsələni gündəmə gətirə bilmirik. Bəzi özəl təhsil müəssisələri təhsilalanları nəqliyyat vasitələri ilə təmin edə bilir".

20:09 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin