İsmayıllıda həkimə gedən şəxs boş otaqda özünü asdı - Araşdırmalar başlandı

 İsmayıllıda həkimə gedən şəxs boş otaqda özünü asdı - Araşdırmalar başlandı

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Asayis.Az-ın Lent.az-a istinadla məlumatına görə, hadisə rayonun Basqal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, keçmiş məhkum 37 yaşlı Elvin Mehrab oğlu Mirzəyev həkim məntəqəsinin istifadəsiz otağında özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Qeyd edək ki, faktla bağlı İsmayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

20:05 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin