Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb

 Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Bu barədə Asayis.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda qeyd olunub.

14:16 - 27 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin