Moldova səfiri Rusiya XİN-ə çağırıldı, nota təqdim edildi

 Moldova səfiri Rusiya XİN-ə çağırıldı, nota təqdim edildi

Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Asayis.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib.

Moldova səfirinə Kişinyov tərəfindən Diplomatik Kuryerlərin Fəaliyyəti haqqında Vyana Konvensiyasının 27-ci maddəsinin kobud şəkildə pozulması barədə xəbərdarlıq edilib.

14:34 - 26 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin