Türkiyə - ABŞ matçının ən yaxşı fubolçusu...

 Türkiyə - ABŞ matçının ən yaxşı fubolçusu...

Futbol üzrə dünya çempionatında Türkiyə son matçını keçirib. "Ay-ulduzlular"ın ABŞ yığması ilə keçirilən D qrupunun son turunun (III turun) qarşılaşmasının ən yaxşı oyunçusu bəlli olub.

Asayis.az xəbər verir ki, Arda Gülər görüşün ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu (3:2) sözügedən matçda komandasının ilk qolunu vurub. Nəticədə üç oyunda 3 xal toplayan Türkiyə millisi qrupda qalaraq, dünya çempionatına vida edib.

10:54 - 26 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin