Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı

 Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı

Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib.

Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

13:58 - 27 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin