Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

 Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda sabitdir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.//report

16:01 - 19 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin