Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

 Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Asayis.az xəbər verir ki, M. Babayev bu barədə X sosial şəbəkə hesabında yazıb.

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".

20:16 - 25 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin