"Qeyri-qanuni erməni dəstələri mövqelərimizi atəşə tutub" - Müdafiə Nazirliyi

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

14:14 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin