"Azərbaycan Dəmir Yolları"nda kütləvi ixtisar gözlənilir - İddia

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən kütləvi sayda əməkdaşın işdən çıxarılacağı bildirilir. Onların sayının 4 min nəfər təşkil edəcəyi gözlənilir.

Asayus.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.İdarənin 14 min işçisindən 4 mininin ixtisara gedilməsi barədə göstərişin isə QSC-nin yeni sədri Rövşən Rüstəmov tərəfindən verildiyi deyilib.

Bundan əlavə ADY-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunduğu, yerinə isə Elçin Zülfüqarovun təyin edildiyi bildirilir.

Məsələ rəsmi mövqe öyrənmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumundan BAKU.WS-in sorğusuna cavabı bildirilir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin 4 min əməkdaşının işdən çıxarılacağı ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Elçin Zülfüqarov isə ADY-nin İnfrastruktur departamentinin rəisi təyin olunaraq fəaliyyətə başlayıb.

13:23 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin