Bakıda zibillikdən “Şevrolet Kobalt” tapıldı - Foto

 Bakıda zibillikdən “Şevrolet Kobalt” tapıldı - Foto

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, Şuşa şəhərciyi ərazisində maraqlı hadisə qeydə alınıb.

Asayis.az Musavat.com-a istinadla xəbər verir ki, ərazidə yerləşən zibillikdə “Şevrolet Kobalt” markalı minik avtomobili aşkarlanıb.

Avtomobilin üzərində dövlət qeydiyyat nişanı yoxdur, şüşələrinin bir hissəsi isə sınıq vəziyyətdədir.

Sakinlərin verdiyi məlumata görə, nəqliyyat vasitəsi uzun müddətdir ki, həmin ərazidədir. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.

Avtomobilin sahibi və ya onunla bağlı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etmələri xahiş olunur.

16:10 - 24 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin