Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu

 Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu

Uzun illərdir Lənkəranda fəaliyyət göstərən "Əzizə” restoranı müsadirə olunub.

Asayis.az Xitab24.az-a istinadən xəbər verir ki, Gərmətük qəsəbəsi ərazisində yerləşən obyekt hərrac yolu satılacaq.

İlkin bazar qiyməti 5 milyon 377 min manat olan əmlak hərracda 4,570,450 manata təklif olunur.

Əmlak kompleksi kimi müəssisə – Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daşınar əşyalarla birlikdə hərraca çıxarılıb. Buraya "Əzizə” gözəllik salonu və "Əzizə” çay evi də daxildir.

Qeyd edək ki, 20 ilə yaxındır fəaliyyət göstərən restoran Elman, Telman, Eldar qardaşlarına məxsus olduğu bildirilir. İddialara görə, bir müddət əvvəl qardaşlar arasında mülk mübahisəsi yaranıb. Bundan başqa, onların ciddi məbləğdə vergi borcu olduğu da iddia olunur.

15:10 - 24 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin