Qaxda 2 yaşlı uşaq "Vanish"dən zəhərlənib

 Qaxda 2 yaşlı uşaq

Qaxda 2 yaşlı uşaq "Vanish"dən zəhərlənib.

Asayis.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.

Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Şövkət Babayev nəzarətsiz qalaraq yuyucu maye "Vanish" içib. Azyaşlı mayedən zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Ş.Babayevin həyatını xilas ediblər. Hazırda vəziyyəti normaldır.

11:39 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin