Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama

 Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.

Bu barədəa Asayis.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda bildirilib.

“Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.

Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.

Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakının bir çox rayonlarında bir neçə gündür içməli suyun verilməsində fasilələr yaranıb.

13:42 - 21 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin