Prezidentin tezislərinin məmurlar tərəfindən nəzərə alınması...

 Prezidentin tezislərinin məmurlar tərəfindən nəzərə alınması...

İlham Əliyev əslində ölkəni qarşıda gözləyən perspektivlərlə bağlı vacib sahələrin inkişaf istiqamətləri barədə fikirlərini ortaya qoydu və əsas prioritetləri müəyyənləşdirdi. O, xüsusilə nəqliyyat-logistika sahəsində hazırlıqlı olmağın zəruriliyini vurğuladı.

Bu sözləri Asayis.az-a açıqlamasında deputat Fazil Mustafa Prezident İlham Əliyevin iqtisadiyyatın gələcək priotetləri ilə bağlı çıxışı barədə danışarkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı və sahibkarlığa yaradılan maneələrin aradan qaldırılması istiqamətində də birmənalı mövqeyini ifadə etdi:

“Bu tezislərin məmurlar tərəfindən nəzərə alınması əslində ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsi deməkdir. Bu, maneə yaratmaq əvəzinə, inkişafın və fəaliyyət göstərən qurumların dəstəklənməsi yolunun seçilməsidir. Bu yanaşma olduqca vacibdir. Hər halda, bu istiqamətdə görülən işlər önəmlidir və biz də çalışmalıyıq ki, həmin məsələlər ətrafında dövlət qurumlarının fəaliyyətini müəyyən dərəcədə stimullaşdıraq, onların fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinə dəstək verək. Çünki Milli Məclis tərəfindən “İctimai iştirakçılıq haqqında” qanun qəbul olunub. İctimai nəzarətin mövcud olduğu şəraitdə Prezidentin irəli sürdüyü bu tezislərin icra keyfiyyətini də qiymətləndirmək mümkün olacaq. Hansı qurumların öz vəzifə borclarını daha dürüst və vicdanla yerinə yetirdiyini müəyyənləşdirmək baxımından bu, mühüm əhəmiyyət daşıyır”.

19:34 - 19 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin