Xalq artisti və aparıcı AMEA-nı "yıxıb-sürüdü" - Foto

 Xalq artisti və aparıcı AMEA-nı

Ötən gün Dilçilik İnstitutunda dovşan sözünün deyilişi barədə müzakirələr aparılıb. Həmin sözün "doşan", "dofşan" kimi yazılması və səslənməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təklif sosial şəbəkələrdə səs-küyə səbəb olub. Adi vətəndaşlarla yanaşı, tanınmışlar da məsələyə münasibət bildiriblər. 

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Xalq artisti Faiq Ağayev bununla bağlı sosial şəbəkə hesabında boz dovşan fotosu paylaşıb. Sənətçi paylaşıma "Dovşan, dofşan, a doyşan, Qaçma, dayan, a doşan" sözlərini yazaraq İnstitutun əməkdaşlarının bu addımına ironiyalı münasibət bildirib. 

Dovşan sözünün fərqli tələffüzünə etiraz edənlər arasında aparıcı Saleh Bağırov da var. O, instaqram hesabında Dilçilik İnstitutunun əməkdaşlarının bu addımına qəti şəkildə etiraz edib:

"Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır. Bu nə biabırçılıqdır?! İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər ki, gəlib belə səviyyəsiz müzakirələr edirlər? Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhcəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar guya dil düzəltməyə. Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə".

16:39 - 24 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin