Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto

 Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto

Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib.

Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

09:56 - 19 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin