İşlədiyi mağazadan 10 min oğurlayan şəxs saxlanıldı

 İşlədiyi mağazadan 10 min oğurlayan şəxs saxlanıldı

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N.Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

19:26 - 17 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin