Azərbaycan Prezidenti 3 ölkənin səfirinin etimadnaməsini qəbul edib

 Azərbaycan Prezidenti 3 ölkənin səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev bir neçə ölkənin səfrilərinin etimadnaməsini qəbul edib. Asayis.Az ABC.AZ-a istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Azərbaycan lideri Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun,  Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin, o cümlədən Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.

 

14:08 - 24 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin