Yeni sədr Cavid Qurbanovun "adamı"nı işdən çıxardı

 Yeni sədr Cavid Qurbanovun

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Asayis.Az "manset.az"a istinadən xəbər verir ki, R.Rüstəmovun müvafiq əmri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.

12:37 - 24 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin