Dövlət köhnə maşın sahiblərinə bu güzəştləri edə bilər - AÇIQLAMA

 Dövlət köhnə maşın sahiblərinə bu güzəştləri edə bilər - AÇIQLAMA

Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq. Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı maraqlı təkliflərlə çıxış edib. Ekspert AZTV-yə açıqlamasında köhnə avtomobillərini dövlətə təhvil verəcək şəxslərə bu güzəştlərin edilməsini istəyib: "Heç kim könüllü şəkildə avtomobilini təhvil verməyəcək. Çünki heç kim bilmir ki, könüllülük deyiləndə nə nəzərdə tutulur.

Bu məsələdə elə bir mexanizm tapılmalıdır ki, heç bir tərəf narazı qalmasın. Təklif edirəm ki, kreditlə avtomobil alınarkən digərlərindən bank 20 faiz tutursa, köhnə maşınını utilizasiyaya verən şəxslərə 10 faizlik kredit ayrılsın.

Həmçinin köhnə avtomobilini dövlətə təhvil verən şəxslərə şərait yaradıla bilər ki, xaricdən gətirdiyi avtomobil üçün ƏDV, idxal rüsumu və ya digər vergilərdən azad edilsin. Belə olan təqdirdə xaricdən 10 min manata avtomobil alan şəxslərə qiymət 20 min manata başa gəlməyəcək. Təbii ki, burada limit olmalıdır və belə bir fürsət yalnız bir dəfə yaradılmalıdır".

 

10:49 - 24 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin