Xaricdə yaşayan müğənni Azərbaycanın keçmiş energetika nazirindən yazdı - Foto

 Xaricdə yaşayan müğənni Azərbaycanın keçmiş energetika nazirindən yazdı - Foto

Bu gün keçmiş energetika naziri Natiq Əliyevin doğum günüdür.

Asayis.Az xəbər verir ki, mərhum nazirin gəlini müğənni Səfurə Əlizadə bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, instaqram hesabında qayınatası Natiq Əliyevin fotolarını yayımlayaraq "Əziz atamızın, babamızın xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Biz həmişə onu xatırlayacağıq" sözlərini yazıb.

Məlumat üçün bildirək ki, Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. O, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edib.

2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən Azərbaycan Respublikasının energetika naziri vəzifəsində çalışıb. Keçmiş nazir 2017-ci il iyunun 8-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Səfurə Əlizadə Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün 3 övladı var. Onlar uzun illərdir Türkiyədə yaşayırlar.

17:24 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin