"Əbu-Bəkir" məscidi nə vaxt açılır? - Foto

Nərimanov rayon Cümə məscidində (keçmiş “Əbu-Bəkr”) təmir və yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq.

Asayis.Az  APA-ya istinadən xəbər verir ki, məsciddə təmir və yenidənqurma işləri Abşeron-Şirvan memarlıq üslubuna uyğun aparılıb.

Minarələrdən biri tam qəzalı vəziyyətə düşdüyü üçün, digəri isə vahid memarlıq üslubuna uyğun gəlməsi üçün sökülərək yenidən tikilib. O cümlədən günbəz də yenidən qurulub.

Məsciddə əlavə xidməti yerlər tikilib, həyəti abadlaşdırılıb. Bu ilin sonuna qədər müvafiq imtahanlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidə yeni imam təyin edəcək, məscid ibadətə açılacaq.

15:53 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin