Ağdamda ana və qızı itkin düşdü

 Ağdamda ana və qızı itkin düşdü

Ağdam rayonunda ana və qızı itkin düşüb.

Asayis.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Miraşelli kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Ağayeva Təhminə Şükran qızı və övladı 2017-ci il təvəllüdlü Ağayeva Ayla Elvin qızı yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.

10:47 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin