Əməkdar artist Cavanşir Məmmədov 94 yaşlı tarzənlə bağlı verdiyi açıqlamaya aydınlıq gətirib.
Asayis.Az xəbər verir ki, yenidən "Elgizlə izlə" proqramına qonaq olan ifaçı bu dəfə də evli kişi ilə eşq yaşayan xanıma haqq qazandırıb.
Bu zaman aparıcı Elgiz Əkbər həmin qadının "Tərbiyəsiz" olduğunu bildirib. Məmmədov isə "O arvada tərbiyəsiz deməyin!" sözləri ilə ona sərt reaksiya verib.
Xatırladaq ki, bir neçə gün əvvəl Cavanşir Məmmədov musiqiçi həmkarının xanımına xəyanət etdiyini deyib. Bu haqda "Elgizlə izlə" proqramında danışan Məmmədov həmin şəxsə haqq qazandırıb.